Qazaxıstanın müxtəlif bölgələrində baş verən iğtişaşlar nəticəsində 8 polis əməkdaşı və Milli Qvardiyanın hərbçisi həlak olub.
Lent.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təhlükəsizlik qüvvələrinin 300-dən çox əməkdaşı yaralanıb.
Qazaxıstan DİN azğınlığın və talan aktlarının təxribatçılar tərəfindən təşkil edildiyini bildirərək, kütləni təxribatlara uymamağa çağırıb.