Qarabağda döyüş meydanından qaçan erməni komandir həbs edildi
18 mart 2021 14:15 (UTC +04:00)

Qarabağda döyüş meydanından qaçan erməni komandir həbs edildi

Qondarma “Dağlıq Qarabağ Müdafiə Ordusu”nun batalyon komandirlərindən biri həbs edilib.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, batalyon komandiri müharibə vaxtı döyüş meydanını tərk edərək çox sayda hərbi qulluqçunun ölümü, əsir düşməsi və yaralanmasında təqsirləndirilir.

Qeyd olunub ki, İ. Vaqanyan döyüş əməliyyatları vaxtı öz funksiyalarını icra etməyib, özünün birbaşa rəislərinin əmrlərinə tabe olmaqdan imtina edərək özbaşına döyüş meydanı tərk edib. Nəticədə batalyonun şəxsi heyəti itkilər verib.

Faktla bağlı cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2166
avatar

Oxşar yazılar