Corc Soros
11 iyun 2023 13:13 (UTC +04:00)

Corc Soros

Qalmaqallı fondu bu şəxs idarə edəcək

Amerikalı milyarder Corc Soros 25 milyard dollarlıq fonduna nəzarəti oğlu Aleksandra təhvil verir.

Lent.az-ın xəbərinə görə, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Keçən ilin dekabrında “Açıq Cəmiyyət”-in Direktorlar Şurası Aleksandr Sorosu sədr seçib. Bununla da 37 yaşlı Aleksandr atasını bu vəzifədə əvəzləyib. Eyni zamanda o, Sorosun Siyasi Fəaliyyət Komitəsinin prezidenti vəzifəsini də icra edir.

Corc Soros oğlunun Fondu idarə etməyə layiq olduğunu bildirib.

# 1665
avatar

Oxşar yazılar