Böyük Britaniyanın Buri St Edmunds şəhərindən olan 42 yaşlı Danielle Uotts dişlərinin demək olar ki, yarısını əlləri ilə çıxarıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 2015-ci ildə qadının getdiyi dövlət stomatoloji klinikası işçilərin ixtisarı ilə bağlı bağlanıb.
Altı il ərzində Uotts bir çox başqa mütəxəssisin yanına getdiyini, lakin onların heç birinin yeni xəstələri qəbul etməyə razı olmadığını söyləyib.
Britaniyalı uzun müddətdir diş əti xəstəliyindən əziyyət çəkir. Nəticədə diş həkiminin qəbulunu gözləməkdən yorulub, 13 dişini təkbaşına çıxarıb.
O, deyib: “Mən hər gün onunla yaşayıram. Dərman qəbul edirəm, işə gedirəm, uşaqlara baxıram. Gülüşümü daim gizlətməli oluram. İnsanlarla, hətta tanıdıqlarımla danışmağa nifrət edirəm".
Bundan əvvəl, britaniyalı yaşadığı şəhərdəki heç bir klinika ilə görüş təyin edə bilmədiyi üçün özünün iki dişini kəlbətinlə çəkməyə məcbur olub.
Onun sözlərinə görə, dəhşətli ağrı onu belə çıxılmaz addım atmağa sövq edib.