Kremlin son 10 ildə ilk dəfə Rusiya prezidenti Vladimir Putinin illik mətbuat konfransından imtina etməsinə səbəb ölkədə müharibə əleyhinə əhval-ruhiyyənin artması ilə bağlı qorxu ola bilər.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, mətbuat konfransı Putinin ictimai tədbirlər təqviminin mühüm hissəsinə çevrilib və çox vaxt Putinin iddia edilən “dürüstlüyünü” nümayiş etdirmək üçün fürsət kimi istifadə olunub.
“Suallar, demək olar ki, vaxtından əvvəl yoxlansa da, ləğvetmə, çox güman ki, Rusiyada anti-müharibə əhval-ruhiyyəsinin yayılması ilə bağlı artan narahatlıqlarla əlaqədardır”, - xəbərdə vurğulanır.
Britaniya kəşfiyyatının məlumatına görə, Kreml rəsmiləri, demək olar ki, Putinin iştirak etdiyi hər hansı tədbirin “xüsusi hərbi əməliyyat”la bağlı icazəsiz müzakirələr səbəbindən nəzarətdən çıxa biləcəyi ehtimalına çox həssasdırlar.