Rusiya Prezidenti Vladimir Putin və müdafiə naziri Sergey Şoyqu bu bazar günü istirahətlərini Sibirdə keçirirlər.
Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib.
Bundan əvvəl V. Putin özü tayqaya bir az istirahət etməyə getdiyini bildirmişdi.
D. Peskov qeyd edib ki, V. Putin və S. Şoyqu maşınla və piyada gəzirlər. Gəzinti zamanı S. Şoyqu V. Putinə ağac parçalarından müxtəlif əşyalar düzəltmək sahəsindəki bacarığını da nümayiş etdirib.