Şahidlər Priqojinin təyyarəsinin qəzaya uğramasından əvvəl iki güclü partlayış səsi eşidiblər.
Lent.az-ın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Mash Telegram” kanalı məlumat yayıb.
“Təyyarə Tver vilayətində qəzaya uğramazdan əvvəl şahidlər iki güclü partlayış səsi eşitdilər. Bundan sonra təyyarənin qanad və stabilizatoru Kujenkino kəndində tərk edilmiş fermanın yaxınlığında düşüb” – nəşr yazır.