Vaqner hərbi qruplaşmasının lideri Yevgeni Priqojin Moskvaya dron hücumları ilə bağlı münasibət bildirib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, o, rus ordu komandanlığını ittiham edərək onları fəaliyyətsizlikdə günahlandırıb. Priqojin ordu rəhbərliyinə müraciətində onların ünvanına təhqiredici ifadələr işlətməkdən belə çəkinməyib. O, rəhbərliyi rahat kabinetlərini tərk etməyə çağırıb.
Priqojin onu da bildirib ki, həmin dronlar sadə insanların eüvlərinə yox, məmurların villalarına hücum etsələr daha yaxşı olar.