Polis şəhərin mərkəzində dəvə sürüsünü saxladı
06 noyabr 2021 04:42 (UTC +04:00)

Polis şəhərin mərkəzində dəvə sürüsünü saxladı

0

İspaniyanın paytaxtı Madriddə polis sahibsiz dəvə sürüsü aşkar edib.

Lent.az-ın xəbərinə görə, patrul xidməti gecə saatlarında şəhərdə 8 dəvə və 1 lama aşkar edib. 

Heyvanlar şəhərdə sərbəst hərəkət etsələr də heç nəyə ziyan vurmayıblar. əlavə naryad çağırılaraq onları yaxınlıqdakı sirkə qaytarmaq mümkün olub. Məlum olub ki, sirkin ətrafındakı elektrik naqilləri kəsildiyi üçün heyvanlar qaça bilib. 

Polis bu hərəkəti heyvan hüquqlarının müdafiəçilərinin qəsdən etdiyini düşünür. Eyni fikirdə olan sirk rəhbərliyi də növbəti iş günündə məhkəmədə iddia qaldıracağını bildirib. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1920

Oxşar yazılar