Haitinin paytaxtında güc strukturları ilə silahlı qruplaşmalar arasında toqquşma baş verib.
Lent.az-ın Frans-Presə istinadla xəbərinə görə, Port-o-Prensdə etirazçılar aeroportun uçuş zolağını tutub, həmçinin baş nazirin iqamətgahına soxulmaq istəyiblər. Hadisə nəticəsində ölkədə hava əlaqəsi pozulub.
Bundan əlavə, silahlı şəxslərin paytaxtdakı polis idarəsinə hücumu zamanı 6 polis əməkdaşı həlak olub.