Pablo Pikasso tətəfindən çəkilmiş və Las-Veqasda “MGM Resorts” kazino və hotellər qrupuna məxsus 11 rəsm əsəri oktyabr ayında hərraca çıxarılacaq.
APA xarici KİV-ə istinadən xəbər verir ki, söhbət beş əsərdən gedir, onların bəziləri “Bellagio” hotelindəki “Picasso” restoranında sərgilənir, ümumi dəyəri isə 100 milyon dollardır.
Hərrac rəssamın anadan olmasının 140 illiyinə təsadüf edir. Rəssamın 50 ildən çox yaradıcılıq fəaliyyəti dövründə kağız və keramika üzərində hazırladığı işlərin də yer aldığı hərrac oktyabrın 23-də Las-Veqasdakı “Bellagio” hotelində keçiriləcək.
Restoranda Pikassonun əvvəlki kimi daha 12 əsərinin nümayişi davam etdiriləcək.