Peyvəndə görə PUL MÜKAFATI:  Ən çox moskvalıların bəxti gətirib
14 oktyabr 2021 11:51 (UTC +04:00)

Peyvəndə görə PUL MÜKAFATI: Ən çox moskvalıların bəxti gətirib

0

Rusiyanın paytaxtı Moskvada və bölgələrdə koronavirusa görə peyvənd olunanlara pul mükafatı verilməyə başlanılıb. 

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, məqsəd ölkədə peyvənd edilənlərin sayını artırmaq və kollektiv təhlükəsizliyin əldə olunmasıdır.

Bildirilir ki, daha çox moskvalıların bəxti gətirib. Paytaxt meri Sobyanin peyvənd olunan hər təqaüdçüyə 10 min rubl ödəməyi tapşırıb.

Digər bölgələrdə isə bu məbləğ fərqlidir. Məsələn, Maqadanda 1000, Çukotkada 2000 rubldır. Kostromada isə pul əvəzinə ictimai nəqliyyatdan 100 dəfə pulsuz istifadə üçün kupon verilir.

Nijni Novqorod bölgəsində isə bunun tam əksidir. Sakinlər nəinki mükafatlandırılır, hətta peyvənddən yayınmalarına görə, cərimələnirlər. Vilayət qubernatorunun yazılı əmrinə əsasən, cərimə məbləği 300 min rubl müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1413

Oxşar yazılar