Ermənistan baş nazirinin müavini Ambarsum Matevosyan vəzifəsindən azad edilib.
Lent.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidenti Vaaqn Xaçaturyan müvafiq sərəncam imzalayıb.
Xatırladaq ki, daha əvvəl Ermənistanın elm, təhsil, mədəniyyət və idman naziri Vaqram Dumanyan istefa verib, onun müavini Janna Andreasyan da Nikol Paşinyanın qərarı ilə vəzifəsindən azad edilib.