Özbəkistanın hazırkı prezidenti Şavkat Mirziyoyev ilk turda 80,1 faiz səs toplayaraq prezident seçkilərində qalib gəlir.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə ölkənin Mərkəzi seçki komissiyasının rəhbəri Zayniddin Nizamxocaev məlumat verib.
O qeyd edib ki, ikinci yerdə 6,6 faiz səslə Xalq-demokratik partiyasının sədr müavini Maksud Varisovdur. Ondan sonrakı yeri Milli-demokrat partiyasının sədri Əlişir Kadırov tutur.
Özbəkistanda prezident seçkiləri oktyabrın 24-də keçirilib.