Orta Asiyada müharibə başlayır? - GƏRGİNLİK
29 aprel 2021 18:44 (UTC +04:00)

Orta Asiyada müharibə başlayır? - GƏRGİNLİK

Orta Asiyanın iki ölkəsi – Tacikistan və Qırğızıstan arasında gərginlik yaşanır. 

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, hər iki ölkənin silahlı qüvvələri arasında atışma olub. Toqquşma nəticəsində bir Qırğızıstan vətəndaşının öldüyü, 16 nəfərin isə yaralandığı deyilir.

Yerli KİV-in məlumatına görə, hazırda Qırğızıstanın Leylek, Kulundu və Maksat kəndləri ətrafında döyüşlər gedir.

Qırğızıstan Prezidenti Sadır Japarov sərhəddə baş verən silahlı insidentlə əlaqədar hökumət üzvlərinin iştirakı ilə operativ əməliyyat müşavirəsi keçirib.

“Qırğızıstan Tacikistana cavab vermək üçün kifayət qədər hərbi gücə malikdir”.

Bunu Qırğızıstan parlamentinin sədri Talant Mamıtov deyib.

“Tacikistan tərəfi təxribatlara gedərsə, onlara cavab vermək üçün kifayət qədər hərbi gücümüz var”, - deyə Qırğızıstan parlamentinin sədri hökumət binasının qarşısına toplanan şəxslərin qarşısında çıxışında bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2622
avatar

Oxşar yazılar