Gürcüstanda "Omicron" ştamına yoluxma halı aşkarlanıb.
Lent.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze bildirib.
Qeyd olunur ki, yoluxan şəxslərdən biri yaxınlarda ABŞ-dan, digəri isə Dubaydan qayıdıb.
Hər ikisi Gürcüstan vətəndaşı olan şəxslərin xəstəliyi yüngül keçirdiyi və evdə müalicə aldıqları bildirilir.