Oktyabrın üçüncü maqnit qasırğası  başladı
19 oktyabr 2025 04:49 (UTC +04:00)

Oktyabrın üçüncü maqnit qasırğası başladı

0

Alimlərin əvvəlcədən proqnozlaşdırdığı maqnit qasırğası Yer kürəsində artıq başlayıb.

Lent.az xəbər verir ki, məlumatı Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası yayıb.

Bu, oktyabr ayında qeydə alınan üçüncü belə hadisədir.

İnstitutun məlumatına görə, oktyabrda artıq iki maqnit qasırğası müşahidə olunub. Onlardan biri 1–3 oktyabr, digəri isə 12 oktyabr tarixlərində baş verib.

Bildirilib ki, Yer maqnit sahəsindəki narahatlıq dərəcəsi beşballıq şkala üzrə G1 səviyyəsinə çatıb.

Bu şkalada G5 “ekstremal güclü”, G1 isə “zəif” qasırğa hesab olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 190

Oxşar yazılar