Nigeriya qırıcısı hədəfi səhv saldı:  QAN SU YERİNƏ AXDI
27 aprel 2021 08:21 (UTC +04:00)

Nigeriya qırıcısı hədəfi səhv saldı: QAN SU YERİNƏ AXDI

Nigeriya Hərbi Hava Qüvvələrinin bombardmançı qırıcısı "Boko Haram" terror qruplaşmasının silahlılarına qarşı əməliyyat zamanı səhvən ölkənin şimal-şərqindəki cəmlənmiş hökumət qüvvələrinə raket zərbələri endirib.

APA yerli "Vanguard" qəzetinə istinadən xəbər verir ki, hücum zamanı 20-dən çox hərbçi ölüb. 

Raket zərbəsi Mainok şəhəri yaxınlığındakı Borno əyalətində yerləşən hərbi bazanı terrorçulardan müdafiə edən qüvvələrə kömək məqsədi ilə hərəkətdə olan karvana endirilib.

Nigeriya Hava Qüvvələri Komandanlığı istintaq başladıldığını bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2067
avatar

Oxşar yazılar