Narkotik qaçaqmalçıları 4 hərbçini qətlə yetirdilər
08 noyabr 2021 04:27 (UTC +04:00)

Narkotik qaçaqmalçıları 4 hərbçini qətlə yetirdilər

0

Kolumbiyada “Golfo” klanına məxsus narkotik qaçaqmalçıları 4 hərbçini qətlə yetiriblər.

APA-nın xəbərinə görə bu məlumatı Antioxiya departamentinin polis rəisi sosial şəbəkədə paylaşıb. 

Öldürülənlərdən biri kapitan, biri çavuş, ikisi isə əsgərdir. Onlar patrul xidməti aparan zaman çarpaz atəşə məruz qalıblar. Hərbçilərə qarşı avtomat silah və qumbaraatanlardan istifadə olunub.

Hüquq-mühafizə orqanlarının məlumatına görə bu hücum qisas xarakterlidir. Oktyabrın 23-də “Golfo” klanının başçısı həbs edildikdən sonra qanun keşikçilərinə qarşı hücumlar artıb. Ölkədəki narkotik dövriyyəsinin təxminən yarısına bu cinayətkar qruplaşma nəzarət edir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1969

Oxşar yazılar