Müştəridən maska taxmağı tələb edən MÜHAFİZƏÇİ BIÇAQLANDI
10 oktyabr 2021 08:37 (UTC +04:00)

Müştəridən maska taxmağı tələb edən MÜHAFİZƏÇİ BIÇAQLANDI

0

ABŞ-ın Nyu-York ştatında “App Store” mağazasının mühafizəçisi naməlum müştəri tərəfindən bir neçə dəfə bıçaq xəsarəti alıb. 

APA “ABC” telekanalına istinadən xəbər verir ki, bu barədə yerli polisin açıqlamasında bildirilib. 

Mühafizəçinin müştəriyə mağazaya daxil olarkən maska taxmaq xəbərdarlığı ikincinin narazılığına səbəb olub və aralarında mübahisə yaranıb.  

Polisin məlumatına görə, sonradan mağazaya qayıdan naməlum müştəri "iti bir əşya" çıxarıb mühafizəçiyə bir neçə dəfə zərbə endirib. Zərərçəkən yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Hazırda polis şübhəli şəxsi axtarır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2379

Oxşar yazılar