Avstraliyanın Sidney şəhərində güclü sel, daşqın xəbərdarlığı edilib.
APA “Le Figaro” nəşrinə istinadən xəbər verir ki, gözlənilən təbiət hadisəsi son 10 ilin ən dəhşətli daşığını ola bilər.
Təcili yardım xidməti Yeni cənubi Uels sakinlərinə “həyati təhlükə yaradan" şəraitin gözlənildiyi barədə xəbərdarlıq edib.
İçməli su mənbəyi olan “Warragamba”nın şənbə günü günortadan sonra daşdığını bildirilib.
Ərazidə kütləvi evakuasiyalara başlanılıb. Təxminən 4000 nəfərin yaxın günlərdə evlərini tərk etmək məcburiyyətində qalacağı bildirilir.
Baş nazir Qledis Berejiklyan proqnozlaşdırılımış daşqınları “əsrdə bir dəfə baş verən hadisə” kimi xarakterizə edərək, bunu milli fəlakət adlandırıb.
Qeyd edək ki, hazırda 650 xilasetmə əməliyyatı həyata keçirilib. Başqa ştatlarda möhkəmləndirmə işləri aparılır.