ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns radikal “Taliban” hərəkatının liderlərindən biri və siyasi ofisinin rəhbəri Abdulqəni Baradarla gizli görüş keçirib.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Qəzetin yazdığına görə, görüş avqustun 23-də Kabildə baş tutub və yaraqlıların Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra ABŞ və “Taliban” nümayəndələri arasında belə yüksək səviyyədə aparılan ilk danışıq olub.