Almaniya kansleri Angela Merkel
14 avqust 2021 14:16 (UTC +04:00)

Almaniya kansleri Angela Merkel

Merkelin alacağı pensiyanın MİQDARI AÇIQLANDI

 

Almaniya kansleri Angela Merkel əqaüdə çıxdıqdan sonra təxminən 15 min avro pensiya alacaq.

APA xəbər verir ki, bu barədə Almaniyanın "Focus" jurnalı Vergi Ödəyiciləri Birliyinin hesablamalarına istinadən bildirir.

Bu məbləğ Angela Merkelin Bundestaqda uzun müddət qalması və federal nazir və kansler vəzifələrində çalışması ilə izah edilir.

Qeyd edək ki, Angela Merkel 2005-ci ildən etibarən kansler vəzifəsində çalışır. O, həmçinin qadın və gənclərlə iş üzrə nazir (1991-1994-cü illərdə) və ətraf mühit naziri (1994-1998-ci illər) vəzifələrində da işləyib. Sentyabr ayında Almaniyada keçiriləcək parlament seçkilərindən sonra kanslerin vəzifədən gedəcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2226

Oxşar yazılar