Perm diyarının Berezniki şəhərində bir məktəblidən uşaq dünyaya gətirən 32 yaşlı qadına bir il səkkiz ay həbs cəzası verilib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, istintaq versiyasına görə, 2018-ci ilin noyabr ayında qadın 12 yaşlı bir oğlana içki verib və onunla intim münasibət qurub.
Bundan əlavə, qadın 2020-ci ilin iyun ayına qədər intihar etmək və ya şagirdin anasına hər şeyi danışmaqla hədələyərək onu cinsi əlaqələrini davam etdirməyə inandırıb.
Yeniyetmə qadını bütün sosial şəbəkələrdə blokladıqdan sonra, valideynlərinə zəng etməyə başlayıb. Valideynləri şübhələnərək, oğlunu həqiqəti söyləməyə məcbur ediblər, bundan sonra polisə ərizə veriblər.
Müstəntiqlər, 2020-ci ildə qadınının məktəblidən bir qız dünyaya gətirdiyini müəyyənləşdiriblər – bunu DNT analizi də təsdiqləyib.