Paraqvaylı hərbçi zabit maralın sinəsinə buynuzla hücumuna məruz qalaraq ölüb.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, hadisə ölkənin paytaxtı Asunsonedə prezident iqamətgahını qoruyan hərbçi vəzifədə olarkən baş verib.
42 yaşlı Viktor İsasi Fleça yaşayış yerinin ərazisində yaşayan heyvanın ona yetirdiyi xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Məlumata görə, adıçəkilən heyvanlar xüsusi hasarlanmış ərazidə yaşayır və heç bir şəkildə insanlarla əlaqədə ola bilmirlər. Ona görə də mühafizəçinin bu əraziyə hansı səbəbdən daxil olduğu araşdırılır.