Madaqaskarda 15 nəfər tısbağa ətindən zəhərlənərək öldü
19 mart 2021 08:03 (UTC +04:00)

Madaqaskarda 15 nəfər tısbağa ətindən zəhərlənərək öldü

Madaqaskarın şərqində azı 15 nəfər dəniz tısbağası ətinin istifadəsi nəticəsində ölüb.

APA xəbər verir ki, bu barədə yerli “Gazette de la Grande Isle” qəzeti yazıb.

Məlumata görə, Vatumandri şəhərində (Asinanana bölgəsi) baş vermiş hadisə zamanı ölənlərin yarıdan çoxu uşaqlardır.

Digər yerli qəzet “Express de Madagascar” yazıb ki, yerli bir balıqçı şənbə günü dəniz tısbağası tutub və onun ətini bazarda qanunsuz olaraq satıb. Ümumilikdə təxminən 100 nəfərdə zəhərlənmə müşahidə edilib.

Bölgənin qubernatoru Rişar Teodor Rafidison və yerli Səhiyyə Nazirliyinin rəhbəri Mari-Selestin Zafiarison təcili olaraq kütləvi zəhərlənmənin qeydə alındığı bölgəyə gedib.

Qeyd edilir ki, tısbağanın və bir sıra digər dəniz canlılarının əti bazarda sərbəst satışı qadağan olunan məhsullar siyahısına daxil edilib. Buna baxmayaraq, ölkədə hər il dəniz məhsullarından zəhərlənmə halları qeydə alınır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1284
avatar

Oxşar yazılar