Əlcəzairdə həkimlər ölkədə ilk koronavirusa (2019-nCoV) yoluxma halını təsdiqləyiblər.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə çərşənbə axşamı Səhiyyə, Əhali və Tibbi İslahatlar naziri Abderrahman Benbuzid açıqlamasında deyib.
Nazir bildirib ki, yoluxmuş şəxs ölkəyə fevralın 17-də İtaliyadan gəlib: “Xəstə artıq karantindədir. Onun müalicəsi üçün lazımi tədbirlər görülür”.