Bakıda bu yollar bağlanacaq.
Bu barədə AAYDA-dan Lent.az-a məlumat verilib.
Bildirilib ki, aparılacaq təmir işləri ilə əlaqədar iyulun 13-ü saat 07:00-dək aşağıdakı yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə tam məhdudlaşdırılacaq.
Səməd Vurğun küçəsi - (Füzuli küçəsindən A.A.Bakıxanov küçəsinədək), Nazim Hikmət küçəsiv - (H.B.Zərdabi-Mətbuat prospektlərindən A.M. Şərifzadə küçəsinədək). Sənan Abdullayev küçəsi (Baksol yolu) - (Z.Bünyadov prospektindən S.Abdullayev küçəsi, döngə 1-dək);
Aparılan işlərlə əlaqədar yaranacaq müvəqqəti narahatlığa görə sürücülərdən anlayış göstərmələri və qeyd olunan müddətdə alternativ yollardan istifadə etmələri xahiş olunur.