Bill Klinton
16 oktyabr 2021 05:13 (UTC +04:00)

Bill Klinton

Klinton daha bir gecəni xəstəxanada keçirəcək: Baydenlə danışıb

0

“ABŞ-ın keçmiş prezidenti Bill Klinton sağalıb, ancaq daha bir gecəni xəstəxanada keçirəcək”.

APA-nın məlumatına görə, bunu Klintonun sözçüsü Angel Urenya tvitter səhifəsində bildirib.

Ureniya əlavə edib ki, Klinton yaxşı əhval-ruhiyyədədir və dünyanın hər yerindən gələn xoş sözlərə, arzulara görə hər kəsə dərin minnətdarlığını bildirir: “Klintonun “UC Irvine” Tibb Mərkəzində müalicəsi davam edir. Bütün sağlamlıq göstəriciləri müsbətə doğru dəyişir. Venadaxili əlavə antibiotiklər qəbul etmək üçün bu gecə xəstəxanada qalacaq”. 

Qeyd edək ki, ABŞ-ın hazırkı prezidenti Co Bayden Klintona zəng edərək sağlamlığı ilə maraqlanıb. O, sabiq prezidentin səhhətinin yaxşı olduğunu bildirib.

Xatırladaq ki, ABŞ-ın 1993-2001 -ci illərdə 42-ci prezidenti olmuş Bill Klinton oktyabrın 12-də sidik yolu infeksiyasının səbəb olduğu güman edilən sepsis diaqnozu ilə Kaliforniya ştatında xəstəxanaya yerləşdirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1215

Oxşar yazılar