Kim Kardaşyanın şirkətinin maşınından 8 milyonluq kokain  tapıldı
19 may 2026 14:45 (UTC +04:00)

Kim Kardaşyanın şirkətinin maşınından 8 milyonluq kokain tapıldı

0

Kim Kardaşyana məxsus "Skims" brendinin geyim və alt paltarlarını daşıyan yük maşınında böyük həcmdə kokain daşıyan sürücü həbs olunub.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Böyük Britaniyanın Milli Cinayətkarlıqla Mübarizə Agentliyinin məlumatına görə, Niderlanddan göndərilən və 28 paket ""Skims" məhsulu daşıyan yük maşını saxlanılıb.

Nəqliyyat vasitəsinin rentgen yoxlaması zamanı müəyyən olunub ki, sürücü marşrut boyunca dayanaraq ümumi çəkisi təxminən 90 kiloqram olan 90 paket kokaini götürüb. Narkotiklər yük maşınının arxa qapılarında xüsusi hazırlanmış gizli bölmədə saxlanılıb.

İstintaqın hesablamalarına əsasən, müsadirə olunan narkotik vasitələrin bazar dəyəri təxminən 8,4 milyon dollar təşkil edib. Sürücü əvvəlcə ittihamları rədd etsə də, daha sonra 4500 avro qarşılığında narkotikləri daşımağa razılaşdığını etiraf edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 272

Oxşar yazılar