Kİm Çen In kəşfiyyat peyki daşıyan raket buraxdı
23 avqust 2023 23:53 (UTC +04:00)

 Kİm Çen In kəşfiyyat peyki daşıyan raket buraxdı

Şimali Koreya ilk kəşfiyyat peykini daşıdığı ehtimal edilən raket buraxıb. 

Lent.az xəbər verir ki, bu barədə Yaponiya Sahil Mühafizəsi məlumat yayıb.

Bununla əlaqədar olaraq, Yaponiyada J-Alert xəbərdarlıq sistemi işə düşüb. Okinava prefekturasının sakinlərinə raket qalıqlarının düşməsi halında daldalanacaqlara sığınmaq tövsiyə olunub.

Atışdan təxminən 15 dəqiqə sonra raket Yaponiyanın hava məkanını Okinava üzərindən keçərək Sakit okeana doğru uçduğu üçün təxliyə xəbərdarlığı ləğv edilib. Eyni zamanda, Yaponiya raketi vurmağa cəhd etməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1716
avatar

Oxşar yazılar