Kanadanın qızıl şirkətinin avtobuslarına hücum olub:  İTKİN DÜŞƏNLƏR VAR
30 oktyabr 2021 08:14 (UTC +04:00)

Kanadanın qızıl şirkətinin avtobuslarına hücum olub: İTKİN DÜŞƏNLƏR VAR

0

Burkina-Fasonun şimal-şərqində Kanadanın “Iamgold” qızıl mədən şirkətinin maşın karvanına silahlı hücum edilib.

APA “Burkina” xəbər agentliyi istinadən xəbər verir ki, hücum nəticəsində azı 6 nəfər yaralanıb, 3 nəfər itkin düşüb.

Maşın karvanına hücum Nigerlə sərhədə yaxın Dori və Essakane yaşayış məntəqələri arasındakı yolda baş verib.

Karvanda 27 işçinin olduğu üç avtobus olub. Avtobuslar silahlardan atəşə tutulub. İşçilər avtobuslardan düşərək ən yaxın kəndə qaçıblar. Silahlılar avtobusları yandırıblar.

Qeyd edək ki, “Iamgold” şirkəti Kanada, Burkina-Faso və Surinamda qızıl mədənlərinin sahibidir. Şirkətin qərargahı Torontoda yerləşir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5632

Oxşar yazılar