Cümhuriyyət Xalq Partiyasının başqanı Kamal Kılıçdaroğlunun qardaşı Cəlal Kılıçdaroğlu dünyasını dəyişib.
Lent.az-ın Türkiyə mediasına istinadla xəbərinə görə, Cəlal Kılıçdaroğlu oktyabr ayında tənəffüs yolu infeksiyasından müalicə olunub. Kocaelidə yaşayan və bir müddət xəstəxanada müalicə alan Kılıçdaroğlunun qardaşının ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir. Kocaelinin İzmit rayonunda yaşayan 68 yaşlı Celal Kılıçdaroğlu oktyabrın 10-da tənəffüs yolu infeksiyası səbəbilə xəstələnərək Kocaeli Dövlət Xəstəxanasına aparılıb.
Müalicə altına alınan Kılıçdaroğlu səhhəti yaxşılaşdıqdan sonra evə buraxılıb. Evli və 2 uşaq atası Celal Kılıçdaroğlunun dünən axşam saat 23 radələrində Karabaş məhəlləsində 5 mərtəbəli binanın 2-ci mərtəbəsindəki evində qəfildən halı pisləşib.
Yaxınlarının çağırışından sonra hadisə yerinə həkim briqadası gəlib. Lakin Celal Kılıçdaroğlunun həyatını itirdiyi məlum olub.