Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Rusiya prezidenti Vladimir Putinə sadiqliyini bir daha nümayiş etdirərək, onun istənilən əmrini “nəticə ölüm olsa belə” yerinə yetirməyə hazır olduğunu bəyan edib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, bu barədə o, Telegram kanalında yazıb.
Kadırov bu sözlərlə Qərb mətbuatında onun gözlənilən ölümü ilə bağlı yayılan xəbərlərə münasibət bildirib:
“Mən dinə, vətənə və onun mənafeyinə mənsubam. Və mən Vladimir Vladimiroviçin istənilən əmrini yerinə yetirməyə hazıram, hətta nəticə ölüm olsa belə”, - Kadırov sosial şəbəkədə yazıb.
Çeçenistan rəhbəri həmçinin əlavə edib ki, o, ölkə daxilində nifaq salmaq məqsədi daşıyan Qərbin bütün informasiya atışlarına “iyrənc ehtiras”la yanaşır.