Hindistanda Korba şəhərinin (Çhattisqarh ştatı) polisi beş il əvvəl itkin düşən teleaparıcı Salma Sultana Laşkarın skeletini aşkarlayıb.
Lent.az xəbər verir ki, bu barədə “Indian Express” məlumat yayıb.
Qeyd olunur ki, yerli kanallardan birinin teleaparıcısı 2018-ci ilin sonunda yoxa çıxıb, həmin vaxt onun 30 yaşı var idi.
Onun qalıqları magistral yolun kənarından tapılıb.
Hüquq-mühafizə orqanları Laşkarın 2018-ci ilin oktyabrında 37 yaşlı fitnes təlimçisi olan sevgilisinin qurbanı olduğunu ehtimal edir.