İtaliyada tiramusun “atası” öldü
31 oktyabr 2021 21:09 (UTC +04:00)

İtaliyada tiramusun “atası” öldü

0

Məşhur tiramisu desertini yaradan italyan restorançısı Ado Kampeol 93 yaşında vəfat edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Veneto regionunun qubernatoru Luka Dzayya özünün “Facebook” səhifəsində məlumat yayıb. 

Kampeolun yaşadığı Trevizo şəhərinin sakinləri desertin 1960-cı illərin sonunda kiçik bir təsadüf nəticəsində yarandığını iddia edirlər: vanilli dondurma hazırlayarkən bir qaşıq maskarpone krem pendiri şəkər-sarı qarışığına düşüb.

“Ado Kampeol bu gün 93 yaşında vəfat edib, Trevizo daha bir ulduzunu itirir. Evində həyat yoldaşının intuisiyası və təxəyyülü sayəsində xəmir dünyasının ən məşhur uğurlarından biri - İtaliya Kulinariya Akademiyası tərəfindən sertifikatlaşdırılmış tiramisu doğulub”, - Dzayya vurğulayıb. 

Desertin adı İtaliya dilindən tərcümədə “məni yuxarı çək” deməkdir. Sözün başqa mənası var - "məni şadlandır". Bu, şirin yeməyin tonik və qidalandırıcı xüsusiyyətləri ilə bağlıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1401

Oxşar yazılar