İspaniyada maska ilə bağlı qərara əməl etməyən 100 avro cərimələnəcək
26 iyun 2021 04:10 (UTC +04:00)

İspaniyada maska ilə bağlı qərara əməl etməyən 100 avro cərimələnəcək

0

İyunun 26-dan etibarən İspaniya sakinləri küçədə maskasız gəzə biləcəklər.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə krallıq hökumətinin qərarında bildirilib.

Qeyd edilib ki, ölkədə epidemioloji vəziyyətin yaxşılaşması və əhalinin yeni koronavirus əleyhinə peyvəndlənməsi prosesinin normal olması səbəbi ilə maska ilə bağlı qüvvədə olan qərar ləğv edilir.

Qərara əsasən, küçədə qoruyucu maskalardan istifadə ləğv edilsə də 1,5 metr məsafəyə riayət olunması vacibdir.

Lakin ictimai nəqliyyatda və ya bağlı məkanlarda maskadan istifadə məcburidir.

Qaydanı pozan vətəndaşı 100 avroya qədər cərimə gözləyir.

Qeyd edək ki, 47 milyon əhalisi olan İspaniyada koronavirusa yoluxma sayı 3.77 milyon, ölüm sayı isə 80.7 mindən çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 979

Oxşar yazılar