ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq terror əleyhinə koalisiya qüvvələri İraq-Şam İslam Dövləti (İŞİD) terror təşkilatının iki rəhbərini Suriyanın şimalında saxlayıb.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, əməliyyatda 8 helikopterdən istifadə olunub.
Koalisiya qüvvələri yaraqlıların sığındığı evi mühasirəyə alıblar. Uğursuz danışıqlardan sonra binaya bir neçə bomba atılıb, nəticədə 3 nəfər ölüb. Onların da İŞİD üzvləri olduğu ehtimal edilir.
Bundan əlavə, uğurlu əməliyyat nəticəsində İŞİD-in iki lideri də sağ ələ keçirilib.