İranın “Laricani qisası”  - Təl-Əvivin SON DURUMU  -FOTOLENT
18 mart 2026 09:46 (UTC +04:00)

İranın “Laricani qisası” - Təl-Əvivin SON DURUMU -FOTOLENT

0

İran İsrailin yüksək rütbəli təhlükəsizlik rəsmisini öldürməsini cavabsız qoymadı. Onlar Təl-Əvivə kaset tipli döyüş başlıqları ilə təchiz edilmiş raketlərlə zərbələr endirib.

Lent.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Beynəlxalq mənbələrin məlumatına görə, hücum İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin İsrail hava zərbəsi nəticəsində öldürülməsindən sonra həyata keçirilib. Tehran bu hücumu “qisas əməliyyatı” kimi qiymətləndirib.

İran dövlət televiziyası bildirib ki, raketlər kaset tipli döyüş başlıqları ilə təchiz olunub. Bu silahlar havada parçalanaraq geniş əraziyə çoxsaylı partlayıcı elementlər yayır və onları zərərsizləşdirmək daha çətin olur.

Hücum nəticəsində Təl-Əviv və ətraf ərazilərdə partlayışlar qeydə alınıb, bir neçə bina və obyektə ziyan dəyib. Məlumatlara görə, azı 2 nəfər həyatını itirib.

İsrail tərəfi bildirib ki, İran son hücumlarda bir neçə dəfə kaset döyüş başlıqlarından istifadə edib və bu, mülki ərazilər üçün ciddi təhlükə yaradır.

Eyni zamanda İran rəsmiləri xəbərdarlıq ediblər ki, yüksək vəzifəli şəxslərin öldürülməsi davam edərsə, hücumlar daha da genişlənəcək. Regionda gərginlik sürətlə artmaqda davam edir və münaqişənin daha da böyüməsi ilə bağlı narahatlıqlar güclənir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 709

Oxşar yazılar