İrandan Türkiyə istiqamətində buraxılan daha bir raket Hava Hücumundan Müdafiə sistemləri tərəfindən məhv edilib.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyənin hava səmasına daxil olan İrandan atılmış ballistik raket Şərqi Aralıq dənizində NATO HHM sistemləri tərəfindən zərərsizləşdirilib.
***
09:55
İrandan üçüncü dəfə Türkiyə ərazisinə raket atılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, İncirlik hərbi bazasına atılan raket hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.