İranda polis patruluna hücum - 3 YARALI  
19 dekabr 2022 22:00 (UTC +04:00)

İranda polis patruluna hücum - 3 YARALI  

İranın Sistan və Bəlucistan əyalətində silahlı şəxslər polis patruluna hücum edib, 3 nəfər yaralanıb. 

Lent.az-ın APA-ya istinadla məlumatına görə, saat 19:30 radələrində Rask gözətçi bölməsinin əməkdaşları - İranşəhrdən Rask istiqamətində Cakiqor körpüsü yaxınlığında təhlükəsizliyi təmin edən polis patruluna silahlı şəxslər hücum edib. Hadisə nəticəsində üç nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1254
avatar

Oxşar yazılar