İranda gənc etirazçı qız hökumət qüvvələri tərəfindən öldürülüb.
Lent.az "MOUZE" telegram kanalına istinadla bildirir ki, kütləvi etirazlarda öldürülən gənc qızın Sarina İsmayılzadə olduğu üzə çıxıb. O, xüsusi təyinatlı qüvvələrin başına endirdiyi rezin dəyənək zərbələri nəticəsində həyatını itirib.
Hadisə sentyabrın 23-də Kərəc şəhərinin Mehrşəhr bölgəsində baş verib.
16 yaşlı Sarinanın aldığı zərbələrdən kəllə sümüyünün zədələnməsi nəticəsində həlak olduğu qeyd edilib.
Sarina İsmayılzadə