İranda daha 9 nəfər həbs edildi
03 dekabr 2022 22:38 (UTC +04:00)

İranda daha 9 nəfər həbs edildi

İranda əhalini etiraz aksiyalarına çağıran 9 nəfər həbs edilib.

Lent.az xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.

Rəsmi İRNA agentliyinin məlumatına görə, Fars əyalətinin prokuroru deyib ki, əhalini sosial şəbəkə vasitəsi ilə nümayişə çağıran xariclə əlaqəsi olan 9 nəfər saxlanılıb. Onların xarici dairələrdən təlimat aldığı bildirilir.

Prokurorluq saxlanılan şəxslərdən partlayıcı maddə götürüldüyünü də bildirib.

 

# 1602
avatar

Oxşar yazılar