İran həkimlərindən qorxunc AÇIQLAMA:  Ölənlərin sayı 16 500-ə  çatıb
18 yanvar 2026 21:09 (UTC +04:00)

İran həkimlərindən qorxunc AÇIQLAMA: Ölənlərin sayı 16 500-ə çatıb

0

İranda iqtisadi problemlər səbəbindən başlayan etirazların 22-ci günündə bir İran rəsmisi ölənlərin sayının ən azı 5000-ə çatdığını bildirib. 

Lennt.az xarici mediaya istinadla xəbər verir ki, lakin ölkədə çalışan həkimlərin məlumatına görə, ölənlərin sayı 16500 nəfər, yaralıların sayı isə 330 mindən çoxdur. Hesabatda həmçinin qeyd olunub ki, ölənlərin əksəriyyəti 30 yaşdan kiçikdir.

İran'daki doktorlardan kan donduran rapor: Ölü sayısı 16 bin 500 kişi

ABŞ-da yerləşən İran İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) İranda iqtisadi problemlər üzündən baş verən etirazlarda ölənlərin sayının 3308-ə çatdığını açıqlayıb.

HRANA-nın məlumatına görə, ölkənin müxtəlif yerlərində baş verən hadisələr nəticəsində 24.266 nəfər saxlanılıb. Nümayişlər zamanı baş verən toqquşmalarda 3.308 nəfər həyatını itirib.

İran rəsmisi: Ölənlərin sayı ən azı 5 min nəfərdir

“Reuters” agentliyinə danışan adı açıqlanmayan İran rəsmisi, 2025-ci il dekabrın 28-də başlayan etirazlarda təsdiqlənmiş ölənlərin sayının ən azı 5000 nəfərə çatdığını bildirib. Bu rəqəmə təxminən 500 təhlükəsizlik işçisi daxildir. Rəsmi bildirib ki, zorakılığın böyük hissəsi İranın şimal-qərbindəki kürd bölgələrində baş verib və ölümlərə "terrorçular və silahlı üsyançılar" səbəb olub.

İran'daki doktorlardan kan donduran rapor: Ölü sayısı 16 bin 500 kişi

Səhiyyə mütəxəssislərindən “qətliam” hesabatı

Rəsmi rəqəmlərdən çox kənara çıxan iddialar da var. İranda çalışan həkimlərin hesabatına görə, etirazlar zamanı ən azı 16.500 nəfər ölüb, 330.000-dən çox insan yaralanıb; bu vəziyyət "rəqəmsal qaranlıq altında soyqırım" kimi təsvir edilib. Hesabatda qurbanların əksəriyyətinin 30 yaşdan kiçik olduğu və təhlükəsizlik qüvvələrinin hərbi dərəcəli silahlardan istifadə etdiyi iddia edilir.

İran'daki doktorlardan kan donduran rapor: Ölü sayısı 16 bin 500 kişi

İranda, 2025-ci il dekabrın 28-də Tehranın Böyük bazarında yerli valyutanın xarici valyutalara qarşı kəskin devalvasiyası və iqtisadi problemlər səbəbindən başlayan etirazlar bir çox şəhərə yayılıb.

İran'daki doktorlardan kan donduran rapor: Ölü sayısı 16 bin 500 kişi

Yanvarın 8-də Tehranda şiddətlənən etirazlar zamanı baş verən hadisələrdən sonra İran hökuməti internetə çıxışı bağlayıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 346

Oxşar yazılar