İnsanların gözü qarşısında 14 yaşlı qızı boğub qaçdı - VİDEO
16 oktyabr 2021 19:04 (UTC +04:00)

İnsanların gözü qarşısında 14 yaşlı qızı boğub qaçdı - VİDEO

1

Rusiyanın Tver şəhərində qəribə cinayət hadisəsi baş verib.

APA Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə gündüz saatlarında insanların sıx olduğu ticarət mərkəzinin yaxınlığında baş verib.

Naməlum kişi insanların gözü qarşısında 14 yaşlı qıza hücum edərək onu boğmağa başlayıb. Qızın huşunu itirdiyini görüncə, onun öldüyünü zənn edib. Yeniyetməni asfaltın üstünə ataraq hadisə yerindən qaçıb. 

Ətrafdakı insanlar qıza ilkin tibbi yardım göstərib. Qız özünə gəldikdən sonra xəstəxanaya yerləşdirilib.

İstintaq Komitəsindən verilən məlumata görə, cinayəti törədən şəxsin axtarışı davam edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1960

Oxşar yazılar