İşğaldan azad olunmuş Xarkov, Donetsk və Luqansk vilayətlərində öldürülmüş ukraynalıların 700-dən çox meyiti tapılıb.
Lent.az xəbər verir ki, bu statistikanı Ukraynanın ədliyyə naziri Andrey Kostin məlumat verib.
“İşğaldan azad olunmuş Xarkov, Donetsk və Luqansk vilayətlərində 2 ayda 700-dən çox meyit aşkar edilib. Onlardamn 90%-i mülki şəxslərdir. İnsanlara işgəncə verilən 20 yer aşkar edilib” - deyə nazir qeyd edib.