Hitlerin iki rəsm əsəri  hərracda satıldı
23 yanvar 2026 05:53 (UTC +04:00)

Hitlerin iki rəsm əsəri hərracda satıldı

0

Böyük Britaniyanın "Hutchinson Scott" hərrac evi Adolf Hitlerin 1909 və 1910-cu illərə aid çəkdiyi iki akvarel rəsmini satışa çıxarıb.

Lent.az "Le Parisien" nəşrinə istinadən xəbər verir ki, bu iki rəsmin ümumi satış qiyməti təxminən 5.6 min avro təşkil edib.

Hərraca Hitlerin Vyanada rəssamlıq təhsili aldığı dövrdə çəkdiyi əl işləri çıxarılıb. Mütəxəssislərin fikrincə, bu rəsmlərin ciddi bədii dəyəri yoxdur. Rəsmlərdən birində ev, digərində isə kilsə təsvir olunub.

Ev təsvir olunan akvarel 2.3 min funt sterlinqə (təxminən 2 640 avro), kilsə təsvir olunan rəsm isə 2.6 min funt sterlinqə (təxminən 3 min avro) satılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 208

Oxşar yazılar