Hindistanın Bharux şəhərində xəstəxanada yanğın olub, 18 nəfər ölüb.
APA xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti məlumat yayıb.
Məlumatda bildirilib ki, ölənlərin 16-sı pasiyent, 2-si tibb bacısıdır. “COVID-19” xəstələrinin müalicə olunduğu bölmədə başlayan yanğın 1 saat davam edib.
50 pasiyent yerli sakinlər tərəfindən xilas edilib.