Hindistanda son 3 gündə 35 koronaviruslu xəstə DİRİ-DİRİ YANDI
23 aprel 2021 08:43 (UTC +04:00)

Hindistanda son 3 gündə 35 koronaviruslu xəstə DİRİ-DİRİ YANDI

Hindistanın Maharaştra ştatında koronavirusa yoluxanların müalicə olunduğu xəstəxanada yanğın baş verib.

APA yerli “ANI” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində reanimasiyada müalicə alan 13 xəstə ölüb.

Xəstələrin qalan hissəsi yaxınlıqdakı tibb müəssisələrinə köçürülüb. 

Yanğın, təxminən iki saata söndürülüb. Hadisənin başvermə səbəbləri araşdırılır.

Xatırladaq ki, aprelin 21-də Hindistanda digər ştatda yerləşən xəstəxanada oksigen aparatında qaz sızması nəticəsində 22 koronavirusa yoluxan xəstə ölmüşdü. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1350
avatar

Oxşar yazılar