Hindistanın cənub-qərbində yerləşən Qoa ştatında keçirilən dini festival zamanı baş verən sıxlıq nəticəsində azı altı nəfər həlak olub, 30-dan çox insan isə xəsarət alıb.
Lent.az "Sinxua" agentliyinə istinadən xəbər verir ki, hadisə Şirqaon şəhərində yerləşən məbədin ərazisində baş verib.
Qeyd olun ki, yaralılardan onunun vəziyyəti ağırdır və onlar yerli xəstəxanada müalicə olunurlar.
Hindistanın Baş naziri Narendra Modi faciə ilə bağlı başsağlığı verib.